• cümə, 19 Aprel, 03:43
  • Baku Bakı 18°C

Ronaldu, yoxsa Messi?

14.09.21 11:30 579
Ronaldu, yoxsa Messi?
"Liverpul”un keçmiş oyunçusu Ceymi Karreger "Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevilləbütün zamanların ən yaxşı oyunçuları haqqında müzakirə aparıb.
"Mançester Yunayted”in keçmiş müdafiəçisi Kriştianu Ronaldunu bütün zamanların ən böyük futbolçusu adlandırıb və Lionel Messidən daha bacarıqlı bir oyunçu olduğunu deyib.
Karreger isə onunla razılaşmayıb:
"Siz müxtəlif üsullarla vurulanqollardan danışırsınız. Topun tora necə dəyməsinin əhəmiyyəti yoxdur. Qolun başla vurulması və ya cərimə zərbəsindən vurulmasının fərqi yoxdur. Messi Ronaldudan daha yaxşı qol statistikasına malikdir”, - deyə o bildirib.
"Liverpul”un keçmiş oyunçusu, Messinin həm də "pleymeyker” olduğunu vurğulayıb.
"Messi oyunu apara bilər, Ronalduisə yox. Əlbəttə, bu tənqid deyil. Ancaq Ronaldu dəqiq bütün zamanların ən yaxşı futbolçusu deyil. Messinin bütün qolları sol ayağı ilə vurması o qədər də əhəmiyyətli deyil. Statistika bunun çox hallarda qolla nəticələndiyini sübut edir”.
"İki böyük futbolçu. Bütün xüsusiyyətlərə görə Ronaldudaha yaxşı oyunçudur. O, Messinin edə bilmədiyini bacarır: İşlənməyən ayağı ilə oynamaq, yaxud "ikinci mərtəbədə”oynamaq baxımından. Ancaq Messi gözlərinizə inanmayacağınız şeyləriedə bilər. Ronaldubaşqalarınınbacardığını edir, Messi isə həyatınızda bir daha şahidi olmayacağınız bacarıqlarıgöstərir”, - deyə Karraqer bildirib.
banner

Oxşar Xəbərlər