Ronaldonun anasından atmacalı mesaj
"Yuventus”un
futbolçusu Kriştiano Ronaldonun anası Dolores Aveyru oğlunun zorlamada ittiham
olunmasına münasibət bildirib.
Kaspi.az xəbər
verir ki, Dolores oğlunu müdafiə edib. O, amerikalı Ketrin Mayorqa atmacalı mesaj
da göndərib:
"O, Ronaldonun
yanına gedəndə kart oynamağa getmədiyini bilirdi. Bilirdi ki, bundan daha artıq
olacaq. Mən oğlunu yaxşı tanıyıram”.
Katrin 2009-cu
ildə Las-Veqasda olarkən Ronaldonun onu zorladığını iddia edir. Bu ilin
yanvarında Ronaldodan DNT analizi götürülüb.