Ronaldo sevgilisini necə təbrik etdi?
Yanvarın 27-də
"Yuventus”sun futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcino Rodrigesin
doğum günü idi.
Kaspi.az xəbər
verir ki, Ronaldo sosial şəbəkədə Corcinonu təbrik edib. O, "instaqram”da ailə
şəkli paylaşaraq belə yazıb:
"Təbrik edirəm,
məhəbbətim mənim. Sənə yaxşı gün arzulayıram. Sən gözəl qadın və övladlarımızı
üçün əla anasan. Mən səni çox sevirəm, əzizim”.
Ronaldo ilə
Corcinyo 2016-cı ildən bir yerdədirlər. 2017-ci ildə cütlüyün qız övladı
doğulub. Ronaldonun digər 3 övladını isə surroqat ana dünyaya gətirib.