Ronaldo ÇL-i 5 yox, 3 dəfə qazanıb?
"Atletiko”nun
prezidenti Enrike Sereso "Yuventus”un futbolçusu Kriştiano Ronaldonun
davranışına münasibət bildirib.
Kaspi.az xəbər
verir ki, Ronaldo Çempionlar Liqasının 1/8 finalının ilk qarşılaşmasından sonra
jurnalistlərin suallarını cavab landırmaqdan imtina etmişdi. O, "Atletiko”ya
ironiya edərək "mənim ÇL-də beş, sizin isə sıfır qələbəniz” var demişdi. Sereso
onun sözlərinə reaksiya verərkən, ironiyalı ifadə işlədib və həm də "Real”ın
da, qələbəni kənar təsirlər hesabına qazanmasına işarə vurub:
"Mənə görə,
Ronaldo ÇL-i 5 yox, 3 dəfə qazanıb. "Atletiko” ilə hər iki finalı Ronaldo
qazanmayıb. Əgər Ronaldo qazanmayıbsa, onda kim qazanıb? Bu barədə növbəti
müsahibəmizdə danışarıq”.
Ronaldo
"Atletiko” ilə oyunların birində 4 qoldan birinin müəllifi olub, digərində isə
penalti seriyası zamanı həlledici zərbəni vurub.