AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ronaldinyo kimi Çempionlar Liqasının favoriti sayır?

Ronaldinyo kimi Çempionlar Liqasının favoriti sayır?

İdman
20 Aprel 2013, 10:50 1041
Apasport.az saytının məlumatına görə, “Atletiko Mineyro”un ulduz oyunçusu Avropanın ən titullu klub turnirinin qalibi kimi “Bavariya”nı namizəd göstərib.

Braziliya millisinin üzvü Münhen təmsilçisinin təcrübəli yarımmüdafiəçisi Bastian Şvaynştayqeri isə xüsusi ilə qiymətləndirib: “Hesab edirəm ki, “Bavariya” titula açıq iddiaçıdır. Bu komandanın oyunçuları bu il də kuboka doğru əminliklə irəliləyirlər. Bundan başqa, Yupp Haynkes çox təcrübəli məşqçidir. Münhen klubu əla oyunçularla komplektləşdirilib. Məsələn, Şvaynştayqer artıq çox yüksək səviyyədə oynayır. Amma indi mənə elə gəlir ki, Bastian karyerasının ən yaxşı çağındadır. O, komandanı irəli aparır və əsl liderdir”.