• cümə axşamı, 28 mart, 20:11
  • Baku Bakı 13°C

“Romen” teatrı mövsümü “Biz qaraçılarıq” tamaşası ilə açacaq

18.08.17 09:15 2243
“Romen” teatrı mövsümü “Biz qaraçılarıq” tamaşası ilə açacaq
"Romen” Qaraçı Musiqili Dram Teatrı 86-cı mövsümü avqustun 19-da "Biz qaraçılarıq” musiqili tamaşası ilə açacaq.
AZƏRTACxəbər verir ki, tamaşanın müəllifləri – teatrın əsasını qoyan İvan Rom-Lebedov, bədii rəhbəri Nikolay Sliçenkodur. Əsərdə qaraçı xalqının qədim Hindistan və Misirdən tutmuş Rusiyanın geniş ərazilərinədək yayılmasından bəhs edilir. Tamaşada süjet deyil, xalqın mədəniyyəti, o cümlədən musiqisi, rəqsləri əsas yer tutur.
Hazırda "Biz qaraçılarıq” tamaşası "Romen” Qaraçı Musiqili Dram Teatrının bədii rəhbəri, SSRİ Xalq Artisti Nikolay Sliçenkonun səhnəyə çıxdığı yeganə tamaşadır.
banner

Oxşar Xəbərlər