• cümə axşamı, 25 aprel, 02:16
  • Baku Bakı 19°C

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

21.02.20 09:45 1023
Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
Fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.
Trend-in məlumatına görə, ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.
Dövlət başçıları ziyafətdə çıxış ediblər.
Sonra Kuirinale Sarayında 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olunub.
Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.
banner

Oxşar Xəbərlər