• cümə, 29 Mart, 14:10
  • Baku Bakı 14°C

Robot "Sofiya" auditorların sessiyasına sədrlik edəcək

25.02.20 12:22 945
Robot "Sofiya" auditorların sessiyasına sədrlik edəcək
Dubayda texnologiya tarixində ilk dəfə olaraq auditorların sessiyasına humanoid robot - dünyada məşhur olan "Sofiya" sədrlik edəcək.
AZƏRTACxəbər verir ki, Dubayda keçiriləcək 20-ci illik regional audit konfransı çərçivəsində aprelin 12-də təşkil ediləcək "Auditor peşəsində süni intellektin rolu" adlı sessiyanın moderatorluğu məhz bu humanoid robota həvalə olunub. "Emirates" informasiya agentliyinin xəbərində bildirilir ki, Səudiyyə Ərəbistanından sonra Dubay Əmirliyi də "Sofiya"ya vətəndaşlıq verəcək.
Tədbirin təşkilatçıları qeyd ediblər ki, sessiyaya humanoid robotun sədrlik etməsi süni intellektin audit sistemində tətbiqinin bir rəmzi olacaq. "Sofiya" müvafiq mövzu üzrə zəruri proqramla təmin ediləcək.
Dünyada ilk dəfə Süni İntellekt Nazirliyi yaradan Birləşmiş Ərəb Əmirlikləri bu sahədə, habelə innovativ texnologiyalar üzrə regionun və dünyanın lider ölkələrindən birinə çevrilməyi planlaşdırır. Mütəxəssislər konfransla bağlı humanoid robotun "müsahibəsini" də təşkil ediblər. Alqoritmik daxili auditin təşkilində süni intellektin rolu məsələsinə dair "Sofiya" deyib: "Süni intellekt mühüm layihələrin qiymətləndirilməsini avtomatik rejimdə və inanılmaz sürətlə aparacaq. Bu, layihələrin uğursuzluğu ehtimalını sıfıra endirəcək. Çünki insanların buraxdıqları səhvlər təkrar olunmayacaq". Humanoid robot BƏƏ hökumətini dünyada ilk dəfə süni intellektlə bağlı nazirlik yaratdığına görə təbrik edib. O, bu addımın innovativ texnologiyaların tətbiqi zamanı rast gəlinən bürokratik əngəlləri aşmaqda faydalı olacağını əlavə edib.
banner

Oxşar Xəbərlər