• cümə, 29 Mart, 03:15
  • Baku Bakı 7°C

Roberto Mançini İtaliya millisinin tarixinə düşüb

16.11.19 15:00 1672
Roberto Mançini İtaliya millisinin tarixinə düşüb
Futbol üzrə İtaliya millisinin baş məşqçisiRoberto Mançinitarixi uğura imza atıb.
"Report"un məlumatına görə, 55 yaşlı mütəxəssis İtaliya yığmasında ardıcıl 10 qələbə qazanaraq komandanın tarixinə düşüb.
Təcrübəli məşqçi AVRO-2020-nin seçmə mərhələsində səfərdəBosniya və Herseqovinanı məğlub etdikləri (3:0) oyunda buna nail olub.
İtaliya J qrupundakı bütün matçlarını qələbə ilə bitirib, bu oyunlardan öncə isə yoldaşlıq oyununda ABŞ-ı 1:0 hesabı ilə üstələyib.
Yığmadakı əvvəlki rekord 1938-ci ildə ardıcıl doqquz qələbə qazana bilən baş məşqçiVittorio Pozzoya aid idi.
Qeyd edək ki, İtaliya millisi AVRO-2020-nin final mərhələsinə vəsiqəni öncədən təmin edib.
banner

Oxşar Xəbərlər