• cümə, 19 Aprel, 03:21
  • Baku Bakı 18°C

Riyaziyyatı zəif bildiyi üçün imtina ediblər

08.06.20 14:30 683
Riyaziyyatı zəif bildiyi üçün imtina ediblər
"Real”ın qapıçısı Tibo Kurtua 2010-cu ildə "Hoffenhaym”a keçə bilərmiş.
K aspi.az xəbər verir ki, bu barədə məlumatı "Hoffenhaym”ın sabiq skautu, hazırda "Fortuna”da idman direktoru olan Luts Pafennenştil verib. Amma klub rəhbərliyi onu sadə bir səbəbə görə transfer etməyib:
"Biz Kurtuanı izləyirdik. Biz onunla müqavilə bağlamağa yaxın idik. Ancaq sonradan onun riyaziyyat fənni ilə bağlı məktəbdə problemi yarandı. Ona görə də bu transferdən imtina etdik”.
Kurtua peşəkar karyerasını 2009-cu ildə "Genk”də başlayıb. İki il sonra isə "Çelsi”yə keçib. Amma ilk 3 ili icarə əsasında "Atletiko”da oynayıb. 2018-ci ildə "Real”a transfer olunub.
banner

Oxşar Xəbərlər