• cümə, 29 Mart, 11:51
  • Baku Bakı 5°C

Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb

05.09.16 20:22 1018
Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb
Sentyabrın 5-də Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.
AZƏRTACxəbər verir ki, mərasimdə Azərbaycanın dövlət himninin müşayiəti ilə bayrağımız qaldırılıb.
Qeyd edək ki, XV Paralimpiya Oyunlarında Azərbaycan 27 idmançı ilə təmsil olunur. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışacaq paralimpiyaçılarımızın altısı qadındır. Lisenziyaların sayı isə 44-dür.
Sentyabrın 7-də Rio-de-Janeyronun "Marakana” stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat paralimpiya çempionu, "Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.
banner

Oxşar Xəbərlər