Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb
Avqustun 3-də Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.
AZƏRTACxəbər verir ki, mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri, idmançılarımız, XXXI Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin təmsilçiləri iştirak ediblər.