• cümə, 29 Mart, 18:52
  • Baku Bakı 14°C

Rio-2016: Oyunların II gününündə 16 ölkə ümumilikdə 23 medal qazanıb

07.08.16 08:52 961
Rio-2016: Oyunların II gününündə 16 ölkə ümumilikdə 23 medal qazanıb
Rio-2016 Yay Olimpiya Oyunlarında artıq ilk medallar sahiblərinə təqdim edilib. Apasport.az saytının məlumatına görə, ümumilikdə 16 ölkənin idmançıları medal sevinci yaşayıblar.

Bunlardan Cənubi Koreya və ABŞ 1 qızıl və 1 gümüş, Argentina, Belçika, Macarıstan, Rusiya və Vyetnam hərəyə 1 qızıl, Çin 1 gümüş, 3 bürünc, Qazaxıstan isə 1 gümüş və 1 bürünc medal əldə edib.

Braziliya, Danimarka və İtaliya bir gümüşlə öyünə bilər.

Yaponiya 2, Avstraliya, Polşa və Özbəkistan isə Olimpiadaya hərəyə bir bürünclə start veriblər.
banner

Oxşar Xəbərlər