• cümə axşamı, 18 aprel, 23:51
  • Baku Bakı 21°C

Rio-2016: Azərbaycanın cüdo üzrə yiğması Vətənə qayıdıb

14.08.16 20:53 1245
Rio-2016: Azərbaycanın cüdo üzrə yiğması Vətənə qayıdıb
Bu gün Rio Olimpiadasında çıxışını başa vuran Azərbaycan cüdoçuları vətənə dönüblər.
Apasport.az saytının məlumatına görə, 25 nəfərdən ibarət nümayəndə heyəti Paris-Bakı reysi ilə paytaxta gəliblər.

Aralarında gümüş medalçılarımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımovun (100 kq) da olduğu heyəti gözləyənlər arasında media nümayəndələri ilə yanaşı çox sayda idmansevər və idman ictimaiyyətinin nümayəndələri və idmançıların valideynləri də olublar.

Təyyarə Heydər Əliyev adına BeynəlxalqHavaLimanına 18:50-də enib. Cüdo azarkeşləri idmançıları "Cəngi” sədaları altında, bayraqlarla, idmançıların şəkilləri olan plakatlar və şüarlarla qarşılayıblar.
banner

Oxşar Xəbərlər