Reytinq yüksəkdir, bəs potensialdan necə yararlanırıq?

Ekspertlər deyirlər ki, Naftalanda
sanatoriya-kurort mərkəzlərinin yaradılmasına və yeniliklərin tətbiq olunmasına
böyük ehtiyac var
2019-cu
ilin payızında Naftalan kurortları sağlamlıq turizmi üçün MDB ölkələrinin ən
yaxşı kurortları arasında ilk üçlükdə yer alıb. Bu barədə Rusiyanın "TurStat”
portalının reytinqində deyilir. Reytinqdə Naftalan kurortları ikinci yeri
tutaraq, yalnız Belarusun Naroç gölündən geri qalıb. İlk üçlüyü Qazaxıstanın
Burabaya kurortu tamamlayıb. Ümumilikdə Belarus, Azərbaycan, Qazaxıstan və
Moldova kurortları MDB məkanında payızda sağlamlıq və istirahət üçün ən yaxşı
kurortlar hesab olunub.Naftalan
mazının sağlamlıq üçün böyük əhəmiyyətini olduğu alimlər tərəfindən sübut olunub.
Bunun əlavə təsdiqə ehtiyacı yoxdur. Naftalan kurortlarının ən böyük "silah”ı
da məhz bu təbii sərvətdir. Onu da nəzərə alaq ki, sağlamlıq turizmi turizmin
ən gəlirli növlərindən biri hesab olunur. Reytinqdə öndə olmaq çox yaxşı. Amma
bununla arxayınlaşmaq olarmı? Naftalan kurortlarının potensialından yetərincə
yararlanırıqmı? Yararlanmırıqsa, hansı işlər görülməlidir ki, Naftalan mazının
turizmin inkişafına verəcəyi töhfəni artıra bilək?
Turizm üzrə ekspert,
dosent Rəhman Səfərovdeyir ki, təkcə MDB deyil, dünya ölkələri arasında da
Naftalan seçilən kurort yerlərindən biri hesab olunur: "Palçıq və neftlə
müalicə bütün dünyada insanların marağına səbəb olur. Belə kurort yerlərinə çox
nadir hallarda rast gəlinir. Sağlamlıq turizminin sürətlə yayıldığı bir dövrdə
Naftalanın təbliği daha da artırılmalıdır. Bu regionda ekonom tipli, iki-üç
ulduzlu otellərə və hostellərə ehtiyac var. Mehmanxana şəbəkələri və
sanatoriyaların sayı artırılmalıdır ki, bu ərazidə daha çox turist qəbul edə bilək.
Əslində, Naftalanın potensialı çox böyükdür. Amma biz bu potensialdan tam
yararlana bilmirik. Ona görə də, təbliğat işlərini daha da gücləndirməliyik.
İqtisadi səmərəliyin artırılması baxımından bu, çox vacibdir. İnfrastruktur
yaradılarsa, Naftalanın potensialından daha çox yararlanmaq mümkündür.
Ümumiyyətlə, Azərbaycan mineral və termal sularla zəngin bir ölkədir. Sağlamlıq
turizmi bizim üçün turizmin ən effektiv seqmentlərindən biri hesab olunur.
Çünki Azərbaycan ərazi baxımından o qədər də böyük deyil. Sağlamlıq turizmi
inkişaf etdirilərsə, turistlər ölkəmizdə daha uzun müddət qala bilər.
Gəlirlilik baxımından da turizmin bu növü daha faydalıdır. Təkcə Naftalanda
deyil, bütün Azərbaycanda sağlıq turizminin istiqamətləndirməyə ehtiyac var. Müxtəlif
rayonlarda mineral və termal suların istifadəsi və palçıq vulkanlarından
istifadə edə bilərik. Bu gün dünyada ən çox palçıq vulkanı Azərbaycandadır.
Amma buna baxmayaraq Rumıniya bizdən daha çox turist qəbul edir. Ona görə də, çalışmalıyıq
ki, təbii resurslarımızdan daha çox yararlanaraq turizmin müxtəlif sahələrini
inkişaf etdirə bilərik”.

"Millenium
Turizm Konqres DMC” şirkətinin rəhbəri, Ruslan Quliyevdeyir ki,son
üç il ərzində sağlamlıq turizmi ilə bağlı ciddi nailiyyətlər əldə edilib: "Proqnozlar
göstərir ki, ildən-ilə infrastruktur layihələrinin həyata keçirilməsi
nəticəsində bu uğurların sayı daha da artacaq. Naftalanın beynəlxalq aləmdə tanıdılması, bura
müalicə üçün üz tutan turistlərin da sayının artmasına səbəb olur. İlin sonuna
qədər pozitiv göstəricilərin daha da artacağının şahidi olacağıq. 33 faiz
artımla, 70-dən artıq ölkədən 50 minə yaxın insan müalicə üçün Naftalana üz
tutur. Amma istənilən halda biz Naftalanın potensialından hələ də tam yararlana
bilmirik. 1987-ci ildə Naftalanda bir gündə beş min insan müalicə ala bilirdi. Həmin
dövrdə göstərici indikindən yüksək idi. Yəni bu göstəriciləri daha da artırmaq
mümkündür. Ona görə də, bu ərazilərdə sanatoriya-kurort mərkəzlərinin
yaradılmasına və yeniliklərin tətbiq olunmasına böyük ehtiyac var. Turizmdə
innovasiyalara açıq olmaq lazımdır. Dünya təcrübəsində sağlamlıq turizmi böyük
inkişaf yolu keçib. Biz də bu təcrübələrdən yararlanaraq ölkəyə gələn turist
sayını artıra bilərik. Sağlamlıq turizmi həm də turizmin mövsümü xarakter daşımayan
seqmentlərindən biridir. Ona görə də, bu seqmentin potensialı çox böyükdür.
Mövsümü turizm problemini aradan qaldırmaq üçün bu sahənin inkişaf etməsinə
ehtiyac var”.
Azərbaycan Turizm
Assosiasiyası (AzTA) sədrinin müşaviriMüzəffər Ağakərimov söylədi ki, Naftalan Allahın bizə verdiyi böyük nemətdir:
"Naftalan təkcə MDB ölkələrində deyil, bütün dünyada ön sıralarda yer tutur.
Təəssüf ki, biz bu kurort-sanatoriyanın təbliğat işlərini yaxşı apara bilmirik.
Bu ərazidə yeni otel və mehmanxanaların inşasına ehtiyac var. Çünki tələb
təklifi üstələyir. Naftalana nəqliyyat vasitəsi və digər infrastruktur
məsələləri də öz həllini tapmalıdır.
İnsanlar rahat şəkildə Naftalana gedib-gələ bilməlidirlər. Yalnız bu halda
sağlamlıq turizminin bu növünə daha çox turist qazandıra bilərik. Naftalan həm
yerli, həm də xarici turistlər tərəfindən istifadə edilir. Çünki burada
keyfiyyətli müalicə üsulu həyata keçirilir. Bu kurort sanatoriyası hələ sovet
dövründə beynəlxalq səviyyədə tanınırdı. Müasir dövrdə təbliğat və piar
işlərini daha effektiv üsullarla həyata keçirmək mümkündür. Amma biz bu
imkanlardan yararlanmırıq. Naftalana ekonom büdcəli turistlər də müalicə üçün
üz tutur. Ona görə də, nisbətən ucuz hostellərə ehtiyac yaranıb. Aztəminatlı
insanların da bu sanatoriyada müalicə alması üçün şərait yaradılmalıdır. Buraya
gələn turistlər 2-3 gün deyil, uzun müddət qalır. Ona görə də, qiymət
siyasətini nəzərə almaq lazımdır. Qiymətlər əlverişli olsa, xarici turistlər
buraya daha çox üz tutar və müalicə alar”.
Şəbnəm Mehdizadə
