• cümə, 29 Mart, 04:18
  • Baku Bakı 7°C

Çörəyin qiyməti yenidən bahalaşıb

12.10.21 09:00 244
Çörəyin qiyməti yenidən bahalaşıb
Gürcüstanda çörəyin qiyməti yenidən 10 tetri bahalaşıb.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstan Çörəkbişirənlər Assosiasiyasının sədri Malxaz Dolidze məlumat verib.
Onun sözlərinə görə, çörəyin qiymətinin artmasına buğdanın qiymətinin rekord həddə çatması səbəb olub.
Bildirilib ki, Gürcüstan hökuməti çörək istehsalçılarına buğda və buğda ununun alınması üçün subsidiya verirdi. Subsidiya proqramı iyunun 30-da başa çatıb. Bir ilə yaxındır ki, dövlət çörəyin qiymətini qaldırmamağa çalışırdı, amma müəyyən səbəblərdən bunu daha edə bilmir.
Xatırladaq ki, Gürcüstanda çörəyin qiyməti cari ilin sentyabr ayında da 10 tetri bahalaşmışdı.
Ümumiyyətlə isə son bir ildə Gürcüstanda çörəyin qiyməti 12,4 faiz bahalaşıb.
banner

Oxşar Xəbərlər