AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rəsmi Bakı AŞ baş katibinin açıqlamasına münasibət bildirdi

Rəsmi Bakı AŞ baş katibinin açıqlamasına münasibət bildirdi

Siyasət
03 May 2013, 18:35 1530
“Azərbaycanda qanunu pozan hər bir şəxsə qarşı ittihamı hüquq-mühafizə orqanları irəli sürür, məhkəmə hakimiyyəti isə onunla bağlı müvafiq qərar qəbul edir”.

Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA-ya açıqlamasında Avropa Şurasının (AŞ) baş katibi Tyorbyorn Yaqlandın İlqar Məmmədova qarşı yeni ittihamların irəli sürülməsindən narahat olduğunu söyləməsinə münasibət bildirərkən deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan hakimiyyəti hüquqi dövlət normalarına müvafiq olaraq heç bir ittiham irəli sürməyib: “Bu məsələdə Azərbaycan hakimiyyətini ittiham etmək əsassızdır. İlqar Məmmədovla bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatda onun konkret əməldə təqsirli bilinərək, saxlanıldığı əksini tapıb. Daha sonra isə məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Görünür, aparılan istintaq araşdırması zamanı yeni faktların ortaya çıxması ona qarşı əlavə ittiham elan olunmasını zəruri edib. Azərbaycan hakimiyyəti heç bir halda istintaqa müdaxilə etmir, məhkəmə hakimiyyətinin işinə qarışmır. Hakimiyyət yalnız məhkəmə qərarı qəbul edildikdən sonra bununla bağlı öz mövqeyini açıqlaya bilər”.

PA-nın şöbə müdiri baş katibin Avropa Şurasında təmsil olan bir qrup səfirin Azərbaycana səfər zamanı İlqar Məmmədovla görüşmələrinə icazə verilməməsi ilə bağlı fikrinə münasibət bildirərkən isə deyib: “Azərbaycanda barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxslə görüş üçün qanunvericilikdə müəyyən prosedur nəzərdə tutulub. Bu prosedurlara əməl edərək, müvafiq icra hakimiyyəti orqanına vaxtında və tələblərə uyğun müraciət ediləndə görüş üçün heç bir problem yoxdur”.