• cümə axşamı, 25 aprel, 12:26
  • Baku Bakı 23°C

Rəqs etməkdən doymayan 90 yaşlı rəqqasə - Fotolar

09.05.19 09:00 3378
Rəqs etməkdən doymayan 90 yaşlı rəqqasə - Fotolar
Rəqqasəlik böyük zəhmət, diqqət, sevgi, qayğı, məhəbbət, fədakarlıq tələb edən oynaq sənətdir. Bu sahədə peşəkar olmaq üçün rəqs sənin həyat yoluna çevrilməlidir. Elə ömrünüsənətinə həsr edən,onulayiqincə təmsil edən, xalqın sevimlisinə çevrilən Xalqartisti, rəqqasə,xoreoqrafbaletmeyster Roza Cəlilova kimi. Mayın 17-də sənətkarın 90 yaşı tamam olacaq.Mayın 2-də 90illikömrünün65iliniçoxsevdiyisənətinə həsredən sənətkarın, Azərbaycan Rəngkarlıq Muzeyində Beynəlxalq Rəqs Günü münasibətilə konsert proqramı təqdim olundu. Azərbaycan rəqs sənətinin inkişafına dəyərli töhfələr verən R. Cəlilova, klassika və folklorun sintezi olan məktəbin yaradıcısı kimi tanındığını və rəqsin onun həyatında tutduğu yerin əhəmiyyətini vurğulayaraq, sənətinə verilən qiymətdən danışdı.
Ququşuməhəbbəti iləsevir
Açığı, onun simasına baxanda, sənətkara 90 yaş verməkdə bir qədər çətinlik çəkirəm. Həyat eşqi, sənət sevgisi ilə dolu olan Roza xanımı uzun müddətdir ki, tanıyıram. Uşaqlığımız onun rəqslərini izləməklə keçib. Bu gün bir çox tanınmış rəqqaslar onu səhnədə görüb, örnək götürüb və bəhrələnərək bu sənətin yolun tutublar. Gənclik illərində səhnədə rəqsləri ilə insanları valeh edən Roza Cəlilova ilə görüşdə keçmiş illəri xatırlayırıq. O, çoxillik yaradıcılıq fəaliyyəti ərzində, bütün dünyada ölkəmizin zəngin rəqs mədəniyyətini nümayiş etdirib. Bu gün isə o illərdən ağız dolusu danışır. Keçmişini xatırlayır, rəqs sənətinə gətirdiyi yenilikləri, yaşanmışları bir-bir gözləri qarşısında canlandırır. Özü də danışarkən sanki keçmişə qayıdır.Onunla görüşümüz sənətkarın evində baş tutdu. Uşaqlıqdan sevərək izlədiyim sənətçi ilə çay içə-içə söhbət etdik. Onun gənclik illərindən, oynadığı rəqslərdən danışdıq, özü də saatlarla. Roza xanımla söhbətdən doymaq olmur. Danışanda, fikirlərini əsaslandıraraq aramla izah etməyə çalışır. Keçmişdən o qədər həvəs və sevgi ilə danışır ki... O illərdən təəssüf hissi keçirərək də danışmır. Sanki o illəri dünən yaşayıbmış kimi hiss edir, gülümsünür, gözləri dolur və...
Hansı Roza gözəldir?
Roza Cəlilova evində kiçik bir guşə yaradıb. Buna "Roza Cəlilova” guşəsi deyir. Bu guşəni sənətkar, gənclik illərində iştirak etdiyi tədbirlərdən, çıxış etdiyi konsertlərdən, xarici səfərlərdən çəkilmiş şəkilləri ilə bəzəyib. Hərdən söhbət edərkən gənclik illərinin şəklini göstərib deyir ki, bir bax, gör hansı Roza daha gözəldir? Sonradan sözlərinə düzəliş edib "mənimki də sözdür, əlbəttə ki, o Roza daha gözəldir” deyərək sualına özü cavab verirdi.Rəqs sənətinin əziyyətli, zəhmətsevər, əzəmətliolmağından danışırdı. Deyirdi ki, bu, çox şərəfi peşədir və ömür boyu bu şərəfə layiq olmaq üçün var gücü ilə çalışıb: "Rəqs ütmək üçünürək lazımdı, düzdür, təhsilin də rolu böyükdür, ancaq ürəyin olmasa, səhnədə oynaya bilməzsən. Bu baxımdan mən ürəkli idim. Sənətimi çox sevirdim, səhnədə özümü unudurdum, başqa biri olurdum. Pulagörəyox, tamaşaçınınzövqünüoxşamaqlazımdı. Əsl sənətdən söhbət gedəndəmaddiyatdüşünülməməlidir. Mən dəbuyolu tutdumvəonanailoldum. Hərdən səhnədə rəqs edənlərəsualedirəmki,sizbilirsinizmirəqs neçə sənətlə bağlıdır? Deyirlərki, rəqsdir də də,musiqiçalınır, oynayırıq.Ammaəslində rəqsbirneçə sənətlə bağlıdır. Rəqs edərkən ülkərgülüşün, sonabaxışların olması vacibdir.Ammaindikilərdeyirki,musiqiçalınsın, düşsünlər ortalığa. Sadaladığım həmin amillərin hərbirinirəqsdə görməkolar. Rəqqasın, rəqqasəningörünüşübirrəsm əsəridir. Bəstəkarın yazdığımusiqiüzərində rəqsedilir. Rəqs edənzamanxordasəslənənmusiqininsözləriolurki,bu,şairlə əlaqəlidir. Rəqqasın hərbirhərəkətibirheykəl formasını xatırladır. Diqqətlə nəzər yetirdikdə, bunların fərqinəvarmaqolur”.
"Hər zaman özümdə səhv tapıram”
O, illərin su kimi keçib getdiyini deyir, xəyala dalır, udqunur və sözə başlayır: "Otururamvə əvvəletdiyimrəqslərigözönünə gətirirəm,onlarabugünpeşəkargözüilə baxıram. Deyirəmki, gərəkordabaşqacüredəydim. Bu yaşımda belə, oynadığım rəqslərəbaxanda,onlardabirnöqsantapıram.Görbusənətə mənim nə qədər diqqətimvarki, əvvəlki rəqslərimigötür-qoyedibdeyirəmki,indibuhərəkətibaşqacüredərdim. Sənətkaryüzilyaşasada,özişindənöqsantapmalıdır.Yaşadolduqcasənətkarın özündənöqsantapması, onunsənətəolanməhəbbətindən irəli gəlir”.Günün aktual məsələlərindən söz açıram. Rəqslərimizin toylara ayaq açmasından, "toy rəqqasəliyi”nə yanaşmasını xəbər alıram. Deyir ki, toy rəqsini ilk dəfə 1940-cı ildə Soltan Dadaşov qurub: "Mən baletdən xalq rəqsinə sevərək keçid etmişəm. İstəyirəm ki, indixalq rəqsinə gələnlər, mənim kimi sevib gəlsinlər. Hazırda rəqqasələr toylarda 5-10 manata oynayıb rəqslərimiziucuzlaşdırırlar. Mən bunun qəti əleyhinəyəm ki, rəqqasə milli geyimdə toyda rəqs etsin, sonra da plov paylasın. Pul qazanmaq üçün rəqs öyrənirlər. Axı, bu, nəyə lazımdır? Dövlət hər cür şərait yaradıb, əsl sənətkara qiymət verirlər. O vaxt Moskvaya gedəndə Bakıdan yuxarıya anonim yazırdılar ki, məni göndərməsinlər. Anonim yazıya isə çox diqqət edirdilər.Buna görə də, Filarmoniyanın müdiri dərhal yazırdı ki, Roza Cəlilova artıq yola çıxıb və məni tez göndərirdilər. Sonradan Moskvadan zəng edib mənə görə təşəkkür ediblər. Mənim rəhbərlik etdiyim "Gülüstan" rəqs ansamblı vardı. Gözəl illər idi. O zaman Leyla Bədirbəyli gəlin rolunu oynayırdı. Oturduğu yerdə duvağı belə tərpənmirdi. Bu isə tamaşaçıya bir örnək idi. Leyla Bədirbəyli getdikdən sonra gəlin obrazını mən oynamaya başladım. Mən də oturduğum yerdən tərpənmirdim. Bu, adət-ənənə idi. Bəs indi nə olur? Toyda gəlin nəinki yerində oturur, düşür meydana oynayır. Biabırçılıqdır. Bir dəfə biri mənə zəng edib deyir ki, Roza xanım, kim ”Ləzginka"nı qura bilər?" Dedim ki, "Ləzginka” bizim rəqs olmasa da, oynayırıq. Necə bəyəm? Qadın dedi ki, gəlinim toyda ”Ləzginka" oynamaq istəyir. "Sağ ol” demədən telefonu qapatdım. Gəlin hara, "Ləzginka” hara?! Gəlin utanırdı toyda çörək yeməyə. Bəs indi hara getdi bizim izzətimiz? Bunun üçün isə məktəb lazım deyil, ailədə ata-ana tərbiyəsi əsasdır”.


Rozaxanımhaqdaindiyə qədərbirneçə yazı yazmışam, səhnəyə gəlişi,buradaqarşılaşdığı yaxşı vəpishadisələrhaqdabilgilərionunözündən eşitmişəm. İnanıram ki, rəqs dünyamızın 90 yaşlı əfsanəsinin bizə danışılası hələ çox hekayələri var.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər