• bazar, 22 Dekabr, 16:03
  • Baku Bakı 9°C

Repressiya qurbanlarına 2,9 milyon dollar müavinət ödəniləcək

31.05.23 16:50 15753
Repressiya qurbanlarına 2,9 milyon dollar müavinət ödəniləcək

Qazaxıstanın hakimiyyət orqanları bu il siyasi repressiya qurbanlarına ümumilikdə 1,3 milyard tenqe (2,9 milyon dollardan çox) müavinət ödəyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölkədə siyasi repressiya qurbanlarına və repressiyadan zərər çəkən şəxslərə birdəfəlik pul təzminatları və xüsusi dövlət müavinətləri verilməsinə 2003-cü ildən başlanılıb.

1921-1954-cü illərdə Qazaxıstanda 100 min insan siyasi repressiyaların qurbanı olub, onlardan 25 mini ölüm cəzasına məhkum edilib. 1932-1933-cü illərdə milyonlarla qazaxıstanlı aclığa düçar olub. 1930-1940-cı illərdə Qazaxıstan milyonlarla sovet vətəndaşının sürgün yerinə çevrilib: ölkəyə yüz minlərlə azərbaycanlı, koreyalı, iranlı, türk və kürd sürgün edilib. II Dünya müharibəsi illərində isə Krım tatarları, almanlar, yunanlar, çeçenlər, inquşlar, qaraçaylar, balkarlar və digər xalqlar Qazaxıstana deportasiya olunub.

banner

Oxşar Xəbərlər