• cümə axşamı, 28 mart, 21:07
  • Baku Bakı 13°C

RƏNG QATININ OVQAT YARADICILIĞI

26.12.20 13:30 1227
RƏNG  QATININ OVQAT YARADICILIĞI
Əməkdar rəssam Cavid İsmayılovun bədii improvizələri haqqında düşüncələr...
Azərbaycan təsviri sənətinin müstəqillik dövrünü əhatə edən inkişaf mənzərəsində, Bakı ilə yanaşı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəmkir və s. şəhərlərində yaşayıb-yaradan rəssamların da fəaliyyəti xüsusi yer tutur. Bu mənada Əcəmi yurdunda Naxçıvan Muxtar Respublikası rəhbərliyinin təşəbbüsü ilə 2012-ci ildən başlayaraq ənənəvi olaraq təşkil olunan "Naxçıvan – bəşəriyyətin beşiyi” adlı Beynəlxalq Rəsm Festivalının yaradıcılarımızın sənət axtarışlarının gerçəkləşməsinə duyulası təsir göstərdiyini vurğulamaq istərdik. Ötən bu müddətdə həmin sənət festivalının neçə-neçə istedadı üzə çıxardığı, onların bədii irsini ictimailəşdirdiyi artıq danılmazdır. Gələcəyinə böyük ümidlə baxdığımız belə gənclərdən biri də Əməkdar rəssam Cavid İsmayılovdur...

Hazırda vaxtilə təhsil aldığı ali təhsil ocağında dekan vəzifəsində uğurla çalışması, yetişməkdə olan sənət yanğılı gənc nəslə rəssamlığın sirlərini öyrətməkdən usanmaması da onun həyatda əsl yerini tapmasının göstəricisidir. Belə insanların cəmiyyətimizə çox gərəkli olması isə danılmaz həqiqətdir...
Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi, professor

banner

Oxşar Xəbərlər