• cümə, 29 Mart, 01:34
  • Baku Bakı 7°C

Renat Batırov: Xərclədiyiniz hər bir dollar sonradan yüz dəfələrlə artıqlaması ilə ölkənizə qayıdacaq

19.04.17 15:30 796
Renat Batırov: Xərclədiyiniz hər bir dollar sonradan yüz dəfələrlə artıqlaması ilə ölkənizə qayıdacaq
Bu günlərdə Bakıda olan Rusiyanın "Skolkovo” texnoparkının baş direktoru Renat Batırov paytaxtımızda təşkil olunan Bakı Şopinq Festivalına (Baku Shopping Festival) da qatılmaq fikrindədir.
AZƏRTACfestivalın rəsmi saytına istinadla xəbər verir ki, R.Batırov bu cür festivalın keçirilməsini onun sevimli şəhəri olan Bakı üçün çox doğru ideya olduğunu deyib. Şopinq festivallarının turist axınına təkan verdiyini bildirən R.Batırov Dubay və Andorrada keçirilən festivalları nümunə göstərərək deyib: "Bir daha əmin ola bilərsiniz ki, belə reklama xərclənən hər bir dollar, ƏDV olaraq, alıcılara qaytarılan hər bir vəsait sonra 100 dəfələrlə artıqlaması ilə ölkəyə qayıdır. Bu festivalın əsas vacib cəhəti odur ki, ölkə iqtisadiyyatında turizm gəlirlərinin həcmini kəskin şəkildə artırır. Çünki bütün xidmət sektoru inkişaf edir – hotellər, restoranlar və aviaşirkətlərin də gəlirləri artır”.
banner

Oxşar Xəbərlər