Ürəklərdəki susmaz duyğu
Bir-neçə əvvəl Cəfər Cabbarlı gilə gedəndə
baharın ilk günləri idi. Dada doğrusu, Cəfər Cabbarlının köhnə
"Sovetski”dəki "Ev muzeyi”nə. Həyətdə
meyvə ağacları çiçəkləmişdi. Balaca,
xudmani həyətin baş tərəfində bir vaxtlar Cəfər Cabbarlının tikdirdiyi, hətta
tikilişində özünün iştirak etdiyi o qədər böyük olmayan ev durur. İndi muzey
olan evdə təmirə başlanıb. Ev muzeyə çevrilsə də ev funksiyasını da özündə
daşıyır. O vaxt Cabbarlının qızı Gülarə xanım hələ sağ idi, bu həyətdə, bu evin
bir tərəfində yaşayırdı.
Bağ yeridir, qəndi çox işlətmərəm,
İstəyirsən say gətir mənimçün.
Başındakı qadın darağı məsələsi
1923-cü ildə onu bir neçə dəfə təhlükəsizlik orqanlarına çağırıblar. Orada 2-3 ay əzab-əziyyətlər veriblər. Atamın "Ədirnə fəthi" və "Ulduz" ("Trablis müharibəsi") əsərlərində Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsi əsas yer tutur. Elə buna görə də ona amansız işgəncələr veriblər. Bütün bu və digər məsələlərlə bağlı təqiblərdən, əzab-əziyyətlərdən qorxmayan, usanmayan atam heç bir dostunun adını çəkməyib. Tutarlı faktlar tapmasalar da, atamı daim incidiblər”.
Evi gəzib dolaşıb işləyən ustalar mane olmayaq deyə, bayaq sözü gedən mizin arxasına keçirik. "Anam Sona xanım danışırdı ki, mənim 2-3 yaşım olanda darağımla atamın saçını daramışam. Necə olubsa daraq qalıb başında, o, da papağını başına qoyub iş yerinə gedib. O, papağını çıxaranda aktyorlar görüblər ki, Cəfərin başında qadın darağı var. Hamı gülüşüb. Atam özü də gülərək dostlarına deyib ki, bu, mənim şeytan qızım Gülarənin darağıdır.
Atam mərcdə uduzduğuna görə anama mirvari boyunbağı alıb
Anam danışırdı ki, bir dəfə Cəfərlə mərcləşdik. Mən dedim ki, əgər mən aparsam, bir düzüm mirvari boyunbağı alarsan. Cəfər də dedi ki, sən uduzsan, mənə bir cüt corab alarsan. Aradan heç yarım saat keçmədi ki, telefon zəng çaldı. Mən yaxınlaşıb divardan asılmış telefonun dəstəyini qaldırdım. Cəfəri istəyirdilər. Onu çağırıb dəstəyi ona verəndə dedim ki, Cəfər, apardım. O bilmədi nə etsin, danışıb qurtarandan sonra dedi ki, yox, bu düz deyil, sən aparmadın. Axı telefonun məftilinin bir ucu divardadır. Bir xeyli mübahisədən sonra Cəfər dedi ki, yaxşı, Sonası, zarafat edirdim. Sənə bəlkə mirvari əvəzinə qızıl boyunbağı alım. Axı mirvari boyunbağını əzəndə o torpağa dönür. Qızıl isə əzilsə də qızıldır. Dedim ki, mən mirvari boyunbağı istəyirəm.
Diz üstdə yazılmış əsər
Şurabad bağlarında bizim də bağımız varmış. Anam deyirdi ki, biz tez-tez ora dincəlməyə gedirdik. Cəfər isə burada lap çox işləyirdi. Özü də bağda şəraitimiz pis idi. Alaçıqda yaşayırdıq. Cəfər "Almaz" əsərini burada lampa işığında, dizinin üstünə bir taxta parçası qoyub yazırdı. Əsəri elə dizinin üstündə yazıb qurtardı.
Mən onun bu vəziyyətini görüb dedim ki, ay Cəfər, gəlsənə bu bağda bir ev tikdirəsən. Cavab verdi ki, tikdirməyinə tikdirərəm, amma bu ev də şəhərdəki ev kimi olacaq. Daha bağ evi ilə şəhər evinin nə fərqi olacaq.
Beləliklə də, Cəfər tamamilə teatrdan çıxıb Bakı kino fabrikində daimi işə keçdi.
Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm,
Mən bir susmaz duyğuyam ki, ürəklərdə gəzərəm.
İndi o, ürəklərdə gəzən susmaz duyğunun yubileyi dövlət səviyyəsində qeyd edilir.
Ramilə Qurbanlı
"Bu ağaclar hər yaz – atamın doğum günü
ərəfəsində belə çiçəkləyir. Bəlkə də, bu
ağacı öz əlləri ilə əkib, bəlkə də yox. Hansı onun vaxtında, hansı sonra əkilib
bilmirəm, bilirəm ki, atam ağacların çiçəkləməsini çox sevərdi. Deyirdi insan
əməyi də belədir, əziyyət çəkirsən, xoşbəxt o kəsdir zəhmətinin çiçəkləməsini
görsün”.
Gülarə xanımın da dediyi kimi bir vaxtlar
Cəfər Cabbarlı ilə birgə Abbas Mirzə
Şərifzadə, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə, A.Tuqanov, Mərziyyə Davudova, Sona
Hacıyeva və bir çox başqa sənətkarların əyləşdiyi mizin arxasına keçməzdən
qabaq ev muzeyi hər küncünə qədər gəzirik Gülarə xanımla birlikdə. Çox çətin,
ağır addımlarla da olsa bizimlə gəzir, Allah bilir saysız-hesabsız qədər addımladığı
evi gəzdikcə də saysız-hesabsız qədər danışdığı xatirələri bir daha sevə-sevə
danışır: "Atamın uğurunun altında anamın da imzasını görürəm. Uşaqlıqdan bir
yerdə böyüyüblər, əvvəlcə bir yerdə oynayıblar, sonra da yeniyetməlikdə dostluq
ediblər. Atam ilk şeirlərini anama həsr
edib. Məsələn, Cabbarlı bir otağa
çəkilib yazdığı, işlədiyi vaxtlarda anam onun qayğısına qalırmış, çay gətirir,
vaxtlıvaxtında yeməyini verirmiş. Hələ o vaxt 15-18 yaşları varmış. Bir dəfə
anam nəyə görəsən, atamdan küsür. Atam ha gözləyir, görür anam nədənsə çay
gətirmir. Axır ki, çıxıb onu çağırır.
Anam danışırdı ki, ona çay gətirəndə mənə bir kağız parçası
uzatdı. Bir bənd yazmışdı:Ay Sonası, çay gətir mənimçün,
Qələndərəm, pay gətir mənimçün.Bağ yeridir, qəndi çox işlətmərəm,
İstəyirsən say gətir mənimçün.
Əmioğlu, əmiqızı olublar. Atam atasını
vaxtsız itirib, anası da çox yaşamayıb. Ailənin qayğısı uşaqlıqdan atamın
boynuna düşüb. Ona görə də nəslin qadınları onu anama bilərəkdən həvalə ediblər
ki, aralarında ünsiyyət yaransın. Yazıb-yaradan adamdır heç vaxtı da yoxdur
şəxsi həyatının qayğısına qalmağa. Bir dəfə qış vaxtı anam ona bir yaxşı isti,
yun köynək toxuyub hədiyyə edib. Atam köynəyi geyinib deyib ki, Sonası, bədənim
isindi, qəlbimi də isidərsənmi? İlk dəfə
ürəyini bu yolla açıb.
Cabbarlının həyat yolu məktəb proqramından
hamıya tanışdır. Hərdən Gülarə xanım hamının bildiyi təfərrüatlara varanda
ehtiyatla sözünü kəsib onu istiqamətləndirirdim ki, heç vaxt danışmadıqlarını
ondan ala bilim. Kim bilmir ki, Cabbarlı Xızı kəndində (indiki Xızı
rayonunda) kömürçü ailəsində dünyaya gəlmişdi. Cəfərin 2-3 yaşı olanda ailəsi
Bakı şəhərinə köçmüşdü. O, ilk təhsilini mollaxanada almış, sonra 7 nömrəli
rus-tatar məktəbində (Azərbaycan - red.) oxumuşdu. S.S.Axundov, A.Şaiq onun
müəllimləri olmuşdu. 1924-1925-ci illərdə o, teatr məktəbində təhsilini davam
etdirib. Qəzetdə də çalışıb, teatrda da, operada da. Ümumiyyətlə, Cabbarlının
hərtərəfli inkişaf etmiş şəxsiyyət olması hamıya məlumdur.
Gülarə xanım daha bir maraqlı əhvalat
danışmışdı: "Atamı istəməyənlər də olub. Onu gah din əleyhinə adlandırır, gah
pantürkistlikdə günahlandırırdılar. Yaşadığımız "Sovetski”də onu çox
sevirdilər. Burda o vaxt kriminal avtoritetlər atamın əhatəsində gözə görünməz
qorunma səddi yaratmışdılar. Fəxrimizdir deyirdilər. Bir dəfə atam danışırdı
ki, teatrda tamaşadan çıxıb evə gələndə bir-neçə gün ardıcıl bir nəfərin onu
izlədiyini müşahidə edib. Axır tinin birində gizlənib arxasınca gələn adam tinə
çatanda düz çıxıb qarşısına. Soruşub ki, kimsən, niyə məni güdürsən? Adam deyib
ki, Cəfər qağa, mənə tapşırıblar ki, səni göz-bəbəyim kimi qoruyam. İnciməyin
sizi qorumaq üçün arxanızca gəlirəm.
Başındakı qadın darağı məsələsi
1923-cü ildə onu bir neçə dəfə təhlükəsizlik orqanlarına çağırıblar. Orada 2-3 ay əzab-əziyyətlər veriblər. Atamın "Ədirnə fəthi" və "Ulduz" ("Trablis müharibəsi") əsərlərində Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsi əsas yer tutur. Elə buna görə də ona amansız işgəncələr veriblər. Bütün bu və digər məsələlərlə bağlı təqiblərdən, əzab-əziyyətlərdən qorxmayan, usanmayan atam heç bir dostunun adını çəkməyib. Tutarlı faktlar tapmasalar da, atamı daim incidiblər”.
Evi gəzib dolaşıb işləyən ustalar mane olmayaq deyə, bayaq sözü gedən mizin arxasına keçirik. "Anam Sona xanım danışırdı ki, mənim 2-3 yaşım olanda darağımla atamın saçını daramışam. Necə olubsa daraq qalıb başında, o, da papağını başına qoyub iş yerinə gedib. O, papağını çıxaranda aktyorlar görüblər ki, Cəfərin başında qadın darağı var. Hamı gülüşüb. Atam özü də gülərək dostlarına deyib ki, bu, mənim şeytan qızım Gülarənin darağıdır.
Atamın bir yaxşı xasiyyəti də vardı. Hər
hadisəyə münasibəti komik idi. Bir dəfə atam maaş alıbmış. Onunla teatrda
işləyən köməkçisi Məmməd Əlili ilə (Qorxmaz Əlilinin atası) nahar edirlər. Atam
pullarını çıxarıb stolun üstünə qoyur. Bir qədər keçmiş pulları götürür. Sonra
da başlayır stolun üstünü axtarmağa. Əlili soruşur ki, ay Cəfər, nə axtarırsan?
Atam cavab verir ki, pulumu stolun üstünə qoymuşdum, indi yoxdur. Əlili deyir
ki, nə demək istəyirsən, belə çıxır ki, pullarını mən götürmüşəm? Atamın bu
sözündən sonra Əlili əsəbi halda çıxıb gedir. Bu iş ona elə pis təsir edir ki,
hətta istəyir özünü tramvayın altına atsın. Bir qədər sonra atam qardaşı oğlu
Əlbəndəni Əlilinin dalınca göndərir ki, o, buradan çox əsəbi gedib, özünə bir
xətər-zad yetirər, ona de ki, səni əmim çağırır. Əlili geri qayıdanda atam
ondan dönə-dönə üzr istəyir. "Məni bağışla, - deyir: Əlimdə bir əsər
yazıram, istəyirdim görəm ki, adama böhtan atanda o adam özünü necə hiss
edir". Əlili də deyir ki, bəs mən özümü tramvayın altına atsaydım, necə
olacaqdı? Atam deyir elə ona görə səni tez geri çağırtdırdım.
Əsərlərinin həmişə ilk oxucusu anam olarmış.
Bir əhvalat da yadıma düşdü. Atam hansısa tamaşanın məşqlərini edirmiş, anam
ona günorta yeməyi aparıb. Anam zala girəndə görüb ki, atam səhnədə aktrisa ilə
öpüşür. Anamın apardığı yemək çantası əlindən düşüb. Sən demə, atam dəfələrlə
məşq elətdirib bu səhnəni, görüb ki, təbii öpüşmürlər, istəyib göstərsin ki,
necə öpüşmək lazımdır, həmin vaxt anam girib zala görüb. Bu hadisə bir az
atamla anamı küsdürmüşdü.
O vaxtlar atamın "Oqtay Eloğlu",
"Sevil", "Almaz", "1905-ci ildə",
"Yaşar", "Dönüş" əsərlərinin səhnəyə qoyulduğu, hətta
özünün hazırladığı vaxtlar idi. Atam mərcdə uduzduğuna görə anama mirvari boyunbağı alıb
Anam danışırdı ki, bir dəfə Cəfərlə mərcləşdik. Mən dedim ki, əgər mən aparsam, bir düzüm mirvari boyunbağı alarsan. Cəfər də dedi ki, sən uduzsan, mənə bir cüt corab alarsan. Aradan heç yarım saat keçmədi ki, telefon zəng çaldı. Mən yaxınlaşıb divardan asılmış telefonun dəstəyini qaldırdım. Cəfəri istəyirdilər. Onu çağırıb dəstəyi ona verəndə dedim ki, Cəfər, apardım. O bilmədi nə etsin, danışıb qurtarandan sonra dedi ki, yox, bu düz deyil, sən aparmadın. Axı telefonun məftilinin bir ucu divardadır. Bir xeyli mübahisədən sonra Cəfər dedi ki, yaxşı, Sonası, zarafat edirdim. Sənə bəlkə mirvari əvəzinə qızıl boyunbağı alım. Axı mirvari boyunbağını əzəndə o torpağa dönür. Qızıl isə əzilsə də qızıldır. Dedim ki, mən mirvari boyunbağı istəyirəm.
Diz üstdə yazılmış əsər
Şurabad bağlarında bizim də bağımız varmış. Anam deyirdi ki, biz tez-tez ora dincəlməyə gedirdik. Cəfər isə burada lap çox işləyirdi. Özü də bağda şəraitimiz pis idi. Alaçıqda yaşayırdıq. Cəfər "Almaz" əsərini burada lampa işığında, dizinin üstünə bir taxta parçası qoyub yazırdı. Əsəri elə dizinin üstündə yazıb qurtardı.
Mən onun bu vəziyyətini görüb dedim ki, ay Cəfər, gəlsənə bu bağda bir ev tikdirəsən. Cavab verdi ki, tikdirməyinə tikdirərəm, amma bu ev də şəhərdəki ev kimi olacaq. Daha bağ evi ilə şəhər evinin nə fərqi olacaq.
Anam danışırdı ki, atama həyat heç vaxt
rahat olmayıb. Bəlkə, ona görə də həyatdan tez köçüb. Bədxahlar iddia edirdilər ki, guya yazıçı dram teatrı
monopoliyaya götürüb və nə qədər ki, Cəfər teatrdadır və yazır, onlar oraya
pyes verməyəcəklər.
Cəfər Cabbarlının bununla əlaqədar Sovet
Yazıçıları İttifaqının təşkilat komitəsinə yazdığı məktubdan bir parçaya diqqət
yetirək: "…Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki
onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey
yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt
işləmədiyim və buna baxmayaraq repertuarını mənim "1905-ci ildə",
"Almaz", "Yaşar", "Sevil" pyeslərim təşkil edən
rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada
borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan özbək,
türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət,
tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar".Beləliklə də, Cəfər tamamilə teatrdan çıxıb Bakı kino fabrikində daimi işə keçdi.
Belə şeylər onu çox incidib. Ürəyinin də
vaxtsız qübar bağlamağı buna görədir. Atamın son günləri yadımaddır. Anam səhər
qədər keşiyini çəkirdi, amma onu yandıran o idi ki, bir gecə yanından aralanıb
o biri otağa keçib qayıdıb görmüşdü atam dünyasını dəyişib. Özü də dekabrın 31-də səhərə yaxın saat 4-də.
Atam belə bir adda şərqi yazmışdı. Həmin
şərqini sanki özünə həsr edib:Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm,
Mən bir susmaz duyğuyam ki, ürəklərdə gəzərəm.
İndi o, ürəklərdə gəzən susmaz duyğunun yubileyi dövlət səviyyəsində qeyd edilir.
Ramilə Qurbanlı