Reklamda etibarlı tərəfdaş – “Brand Media”
“Brand Media ” şirkəti 10 ildən artıq ki, reklam sahəsində fəaliyyət göstərir. Bu illər ərzində yüzdən artıq yerli və xarici brendlərin öz məhsul və xidmətlərini irəlilətməsində dəstək olan şirkət davamlı olaraq cəlbedici reklam məkanlarını müəyyən etmək və reklam yayımını həyata keçirtməkdədir.
Biznes proseslərini təkmilləşdirmək, postpandemiya dövründə bizneslərin kommunikasiyasına daha çevik şəkildə dəstək olmaq məqsədilə şirkət 2021-ci ilin sonunda rebrendinq etmiş və dəyər və prinsiplərini daha da möhkəmləndirərək, 2022-ci ildən regional bazarlara çıxmağı hədəfləmişdir.
Hazırda Bakı və Abşeron üzrə 100-dən artıq “outdoor” (çöl reklamı) yerləri təqdim edən, eləcə də eksklüziv müqavilələrlə Dəmir Yollarında, “Port Baku Residence”də reklam yayımını həyata keçirən şirkət davamlı olaraq reklam məkanlarını monitorinq edir və müştərilər və son istifadəçilər üçün daha çox fayda gətirən məkanlar üzrə reklam yerlərini saxlayır və ya yeniləyir. Azərbaycan Dövlət Reklam Agentliyi ilə sıx əməkdaşlıq edən şirkət həmçinin, reklamların vizual gözəlliyinə, uyğunluğuna xüsusi diqqət yetirir və müştəri və partnyorlarla bu istiqamətdə də konsaltinqlər edir.
Şirkət reklam sahəsindəki qlobal trendləri izləyərək öz müştərilərinə kreativ həllərlə də dəstək olmaqdadır. Həmçinin, müxtəlif tədbirlərin və kampaniyaların təşkil edilməsi xidmətlərini də təqdim edir.