• şənbə, 20 Aprel, 16:22
  • Baku Bakı 23°C

Rejissor Rüfət Həsənov yeni vəzifəyə təyinat alıb

14.08.20 15:52 1977
Rejissor Rüfət Həsənov yeni vəzifəyə təyinat alıb
Rejissor Rüfət Həsənov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Mədəniyyət NazirliyindənAPA-ya verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.
Qeyd edək ki, Rüfət Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Men ştatında fəaliyyət göstərən Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə ABŞ-ın Nyu-York Ştatında fəaliyyət göstərən "Vice Media” şirkətində montaj rejissoru olaraq başlayan Rüfət Həsənov Rusiyanın Moskva şəhərində yerləşən "Vita Aktiva” Kommunikasiya İnstitutunda post-prodakşn meneceri kimi fəaliyyətini davam etdirib.
2013-2017-ci illərdə R.Həsənov Litvanın Vilnüs şəhərində yerləşən "Lupa Q” prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən "Lemon Films” studiyasında montaj rejissoru kimi işləyib.
2017-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm” Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək "Debüt” studiyasının direktoru vəzifəsində çalışıb.
banner

Oxşar Xəbərlər