• cümə axşamı, 28 mart, 13:04
  • Baku Bakı 16°C

Regionlardakı kiçik və orta sahibkarlar üçün layihəyə start verilib

29.09.22 17:50 741
Regionlardakı kiçik və orta sahibkarlar üçün layihəyə start verilib

Regionlarda kiçik və orta sahibkarların problemlərinin analizi və inkişafa dəstək tədbirlərinin təşkili layihəsinin icrasına başlanıb. Layihə “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikası Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. İctimai Birliyinin mətbuat xidmətinin məlumatına görə, layihənin əsas məqsədi ölkədə kiçik və orta sahibkarların inkişafı ilə əlaqədar strateji inkişafa nail olmaq üçün müvafiq imkanlardan maksimum istifadəni təmin etməklə tədqiqatlar aparmaq, problemləri aşkarlamaq və dövlət orqanlarının diqqətinə çatdırmaqdır. Eyni zamanda bu layihə maarifləndirmə tədbirləri həyata keçirməklə regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafına dəstək məqsədi daşıyır. Əsas vəzifə regionlarda kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. O cümlədən, qarşıya qoyulan əsas vəzifələr, regionlarda sahibkarlar arasında ehtiyacları öyrənmək, müvafiq dövlət orqanlarının iştirakı ilə birgə əməkdaşlığa nail olmaqla yerli sahibkarlar arasında  məlumatlandırma xarakterli seminarlar həyata keçirməklə inkişafa nail olmaqdır.

Əsas hədəf vəzifə isə aparılan tədqiqatların nəticələrinə uygun hazırlanan təkifləri icra və qanunverici orqana təqdim etməkdir.

Layihə Biləsuvar, Cəlilabad, Saatlı və Sabirabad rayonlarında həyata keçiriləcəkdir.

banner

Oxşar Xəbərlər