• cümə, 29 Mart, 06:14
  • Baku Bakı 5°C

Regionlarda maarifləndirmə tədbirləri keçirilib

03.12.19 16:21 324
Regionlarda maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən icra edilən "Məktəblilər arasında sağlam həyat tərzinə dair maarifləndirmə aksiyalarının keçirilməsi” adlı layihə çərçivəsində Ucar və Kürdəmir rayonlarında "maarifləndirmə tədbirləri keçirilib.
Tədbirdə rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak edib. Tədbirdə layihənin eksperti Zümrüd Əkbərova çıxış edərək, uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlər, narkomaniya və alkoqolizmin fəsadları, habelə tütünçəkməyə meylliliyin insanın sağlamlığına təsiri haqqında danışıb. Həmçinin iştirakçılar İİV/QİÇS, bu virusun yoluxma yolları və fəsadları barədə məlumatlandırılıblar.
Tədbirdə uşaqlarla müzakirələr aparılıb, onların çoxsaylı sualları cavablandırılıb.


banner

Oxşar Xəbərlər