Regional münaqişələr həll olunmasa, bölgədə tərəqqiyə nail olmaq çox çətin olacaq

Regional münaqişələr həll olunmasa, bölgədə tərəqqiyə nail olmaq çox çətin olacaq

Cəmiyyət
12 İyul 2019, 10:45 3982
Avropa İttifaqı "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan ilə Ermənistan arasında hər hansı bir əməkdaşlığın qurulmasına çalışır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.
Onun sözlərinə görə, bu məsələyə obyektiv yanaşmaq lazımdır. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdikcə bu ölkə ilə Azərbaycanın hər hansı bir əməkdaşlığı ola bilməz.
M.Məmməd-Quliyev deyib ki, regional münaqişələr həll olunmasa, bölgədə tərəqqiyə nail olmaq çox çətin olacaq.
"Ona görə də, ilk növbədə münaqişələr həll olunmalı, dövlətlərin ərazi bütövlüyü bərpa edilməlidir” - deyə, nazir müavini bildirib.