• cümə, 19 Aprel, 19:46
  • Baku Bakı 24°C

Region ölkələrinin iqtisadi inkişafına böyük təkan

15.08.20 19:47 709
Region ölkələrinin iqtisadi inkişafına böyük təkan
Hindistan İran ilə neft ticarətini davam etdirəcək. Hindistanın neft emalı zavodları yalnız İran neftini emal etmək üçün qurulub.
AZƏRTACxəbər verir ki, bu sözləri Hindistanın İrandakı səfiri Qəddam Dxarmendra İRNA agentliyinə verdiyi müsahibədə deyib. O bildirib ki, sanksiyalara baxmayaraq İran-Hindistan əməkdaşlığı davam edəcək.
Səfir İranı etibarlı tərəfdaş adlandıraraq hər iki dövlətin beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdə iştirak etdiyini diqqətə çatdırıb.
Bu layihələrdən biri "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Bu dəhlizin təkmilləşməsi istiqamətində atılan addımlar arasında Hindistanın İranın Çabahar limanına 200 milyon dollar həcmində sərmayə yatırmasını göstərmək olar. Bu limanın Hindistan üçün mahiyyəti ondan ibarətdir ki, Cənub-Şərqi Asiya ölkələri Avropa ilə ticarət əlaqələrini və idxal-ixrac əməliyyatlarını "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə həyata keçirməyi düşünürlər. Həmin ölkələrdən yüklər Çabahar limanına daxil olacaq, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq. Yüklərin əks istiqamətdə də bu yolla daşınması ticarət dövriyyəsinin və idxal-ixrac əməliyyatlarının artmasına, eyni zamanda nəqliyyat xərclərinin azalmasına səbəb olacaq. Azərbaycanın isə tranzit ölkə olaraq büdcəsinə valyuta daxil olmaları artacaq.
Səfir nəzərə çatdırıb ki, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi nəinki layihədə iştirak edən dövlətlərin, ümumilikdə bütün region ölkələrinin iqtisadi inkişafına böyük təkan verəcək.
banner

Oxşar Xəbərlər