• çərşənbə axşamı, 16 aprel, 16:14
  • Baku Bakı 19°C

Rəcəb Tayyib Ərdoğan: “Rusiya ilə münasibətlərimizi yeni səviyyəyə çatdırmaq niyyətindəyik”

01.10.16 23:02 989
Rəcəb Tayyib Ərdoğan: “Rusiya ilə münasibətlərimizi yeni səviyyəyə çatdırmaq niyyətindəyik”
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya ilə münasibətləri 2015-ci ilin noyabrınadək ("Su-24” təyyarəsinin vurulmasınadək – red.) olan səviyyədən daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.

APA-nın xəbərinə görə, bunu Ərdoğan Ankarada parlamentin payız sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

"Biz qonşularımızla münasibətləri normallaşdırırıq. Rusiya ilə müxtəlif sahələr – kənd təsərrüfatı, energetika, iqtisadiyyat, turizm sahələri üzrə danışıqlar aparılır. Biz göstəricilərimizi əvvəlki səviyyəyə qaytarmaq və hətta ondan daha yuxarı səviyyəyə çatdırmaq niyyətindəyik”, - deyə Ərdoğan qeyd edib.
banner

Oxşar Xəbərlər