• şənbə, 20 Aprel, 01:33
  • Baku Bakı 15°C

“Real”ın qəribə addımı, Ronaldonu silirlər

17.01.19 11:25 684
“Real”ın qəribə addımı, Ronaldonu silirlər
"Rela” böyük klublara yaraşmayan hərəkətə yol verir.
Kaspi.az xəbər verir ki, "kral klubu” ciddi-cəhdlə tarixinin bir hissəsini silməyə çalışır. "Real” Kriştiano Ronaldonu klubun sosial şəbəkələrdəki bütün səhifələrindən silib.
Maraqlıdır ki, "Mançester Yunayted” bunu heç vaxt etməyib. Bundan əlavə, klubun çempionluq qalereyasına nəzər salsaq, orda yerləşdirilmiş şəkildə Ronaldo arxa plandadır.
"Tarix” və "Əfsanələr” bölümündə də eyni hal müşahidə edilir. Bu bölmələrdə ön plana Di Stefano ilə Zidan çıxarılıb. Hətta klub televiziyasında oyunlardan fraqmentlər göstərilərkən, Ronaldonun olduğu kadrlar olduqca az nümayiş etdirilir.
Ronaldo "Real”da meydana çıxdığı 438 oyunda 451 qol vurub.
banner

Oxşar Xəbərlər