• cümə, 29 Mart, 02:23
  • Baku Bakı 7°C

“Real”a qalib gəlməsələr, onu qova bilərlər

13.02.20 14:30 2511
“Real”a qalib gəlməsələr, onu qova bilərlər
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 finalında "Real”la keçiriləcək oyun barədə danışıb.
Kaspi.az xəbər verir ki, Qvardiola hədəfinin ÇL-i qazanmaq olduğunu bildirib. O, "Real”a qalib gələ bilməyəcəyi təqdirdə, istefaya göndərilə biləcəyini də istisna etməyib:
"Çempionlar Liqasını qazanmaq arzumdur. Böyük səbirsizliklə "Real”la oyunun hazırlıqlarını gözləyirəm. Bu hazırlıq, bu iki həftə mənim karyeram üçün olduqca əhəmiyyətlidir.
Bu qarşılaşmada mütləq qalib gəlməliyik. Əgər qalib gələ bilməsək, ola bilsin ki, idman direktoru mənə yaxınlaşıb belə desin: "Bu, pisdir. Biz ÇL-i qazanmaq istəyirdik. Mən sizi qovuram”.
"Real”la "Mançester Siti” arasında ilk qarşılaşma fevralın 26-da keçiriləcək. Cavab oyunu martın 15-də olacaq.
banner

Oxşar Xəbərlər