• cümə, 29 Mart, 12:47
  • Baku Bakı 14°C

“Real“ və “Barselona“nın keçmiş məşqçisi Azərbaycan klubunda!

07.06.13 17:07 1562
“Real“ və “Barselona“nın keçmiş məşqçisi Azərbaycan klubunda!
“Bakı”nı serbiyalı mütəxəssis Radomir Antiç çalışdıra bilər. Azerisport.az xəbər verir ki, tanınmış mütəxəssislə yaxın günlərdə iki illik müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, paytaxt klubunu bir sıra ispaniyalı mütəxəssisin çalışdırması gözlənilirdi. Lakin “Bakı” rəhbərliyi bütün digər namizədlərlə danışıqları dayandırıb və seçimini Antiçin lehinə edib. Ona isə iki ispaniyalı məşqçi kömək edəcək. “Bakı”nın Antiçi gələn həftə ictimaiyyətə təqdim etməsi gözlənilir. Antiç də Azərbaycan klubunu çalışdırmağa razılıq verib.
64 yaşlı Antiç indiyə qədər bir çox ünlü klublarda çalışıb. O, İspaniyanın “Zaragoza”, “Real”, “Oviedo”, “Atletico”, “Barselona”, “Celta” kimi klublarında baş məşqçi işləyib. 2008–2010-cu illər aralığında Serbiya yığmasını çalışdıran Antiçin son klubu Çinin “Shandong Luneng” klubu olub.
banner

Oxşar Xəbərlər