“Real” VAR vasitəsilə saxtakarlığı qanuniləşdirir?
"Barselona”nın
sabiq direktoru Tini Freyks "Real Sosyedad” -"Real” qarşılaşmasında hakim idarəçiliyinə
münasibət bildirib.
Kaspi.az xəbər
verir ki, Freyks Madrid təmsilçisinin ədalətli qələbə qazanmadığını iddia edir.
Qeyd edək ki, "Real” ikinci qolu vurmazdan əvvəl Kərim Benzema topu əli ilə
saxlamışdı. Amma hakimlər qayda pozuntusu qeydə almadılar.
Sabiq direktor
"Tvitter”də belə yazıb: "Onlar VAR-ı saxtakarlıqlarını qanuniləşdirmək üçün
vasitəyə çeviriblər”.
"Real” "Real
Sosyedad”a 2:1 hesabı ilə qalib gələrək, liderliyə yüksəlib.