• şənbə, 20 Aprel, 07:51
  • Baku Bakı 14°C

Real Madrid futbol klubu Füzulidə tədbir keçirib

21.04.14 12:41 1773
Real Madrid futbol klubu Füzulidə tədbir keçirib
Gənclər və İdman Nazirliyinin Realmadrid Fondu ilə birgə həyata keçirdiyi “Futbol vasitəsilə uşaqların sağlamlıqlarının qorunması və sosial həyata inteqrasiyası” layihəsi çərçivəsində Füzuli rayonunda qrup yaradılıb. 19-20 aprel 2014–cü il tarixlərində rayonda layihənin təqdimatı və fiziki tərbiyə müəllimləri, eləcə də uşaqlar üçün təlim prosesi olub.
Təlim zamanı Füzuli rayonunun 5 fiziki tərbiyə müəlliminə Realmadrid Fondunun təqdim etdiyi təlim proqramı oyrədilib. Təlim və təlim-məşq prosesini “Vətən” sosial futbol məktəbinin məşqçisi Namiq Allahverdiyev keçirib. Təlimdən sonrakı məşq zamanı N.Allahverdiyev 10-12 yaşlı uşaqlara və müəllimlərə məşq prosesindəki mərhələləri öyrədib.
Sonda proqramın direktoru Pirəli Rəhimov və layihənin koordinatoru Sahibə Paşayeva tərəfindən valideyn, uşaqlar və fiziki tərbiyə müəllimləri üçün layihə haqqında geniş təqdimat edilib və 10-12 yaşlı uşaqlardan ibarət qrup yaradılıb.
Təlimin məqsədi futbol vasitəsilə gələcək nəslin sağlamlığının qayğısına qalmaq, cəbhə bölgəsində yaşayan uşaqların sosial həyata inteqrasiyasına yardım etmək və onları pis vərdişlərdən uzaq tutmaqdır.
Təlimin təşkilatçılığını Uşaq Gənclər Futbol Federasiyası və İnkişaf Naminə İdman ictimai birliyinin əməkdaşları həyata keçirib. Layihənin tərəfdaşları Təhsil Nazirliyi və AFFA, baş sponsor isə Azerİdmanservisdir.

banner

Oxşar Xəbərlər