AZE | RUS | ENG |

“Real həyat -real incəsənət” rəsm müsabiqəsi davam edir

“Real həyat -real incəsənət” rəsm müsabiqəsi davam edir
Xətai Sənət Mərkəzində "Nəsimi ili” çərçivəsində növbəti müsabiqə - "Real həyat -real incəsənət” adlı respublika yaradıcılıq rəsm müsabiqəsi davam edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Realizm üslubunda işləyən rəssamlar arasında milli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaq və realizm üslubunun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək, vətənpərvərlik hisslərini gücləndirmək məqsədi ilə təşkil olunur.
Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam bir əsərinin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 15-dək Xətai Sənət Mərkəzinin "Whatsapp” +994 51 310 74 01 göndərməklə iştirak edə bilər.
Həmçinin, sərgidə iştirak etməklə təşkilatçılara dəstək məqsədi ilə müsabiqədən kənar əsər təqdim etmək olar.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946