AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Real” da 4 qolla uduzdu

“Real” da 4 qolla uduzdu

İdman
25 Aprel 2013, 07:40 1183
Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Münhenin "Bayern” klubu doğma divarlar arasında "Barcelona” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Almaniya klubunun bir qədər gözlənilməz qələbəsiylə başa çatıb. Hər halda çoxları "Barsa"nın bu görüşdə dörd cavabsız qolla uduzacağını gözləməzdi.

Yarımfinalın digər ilk oyunu da Almaniyada baş tutdu və yenə ispanlar qonaq tərəf oldu. Dortmund "Borussia”sı "Real”la qarşılaşdı və qələbə qazandı.

UEFA Çempionlar Liqası
Yarımfinal (ilk oyunlar)
24 aprel

Borussia (Dortmund, Almaniya) – Real (İspaniya) - 4:1 (1:1)
Qollar: Levandovski, 8; 50; 55; 67 - Ronaldo, 43.

23 aprel

Bayern (Almaniya) – Barcelona (İspaniya) - 4:0 (1:0)
Qollar: Müller, 25; 82, Qomes, 49, Robben, 73.