bazar ertəsi, 05 dekabr, 19:37

Baku Bakı 3°C

Ərdoğanla Paşinyanın müzakirə edəcəyi məsələlər açıqlanıb

icon 276 icon 04 oktyabr 2022 | 11:30 Ərdoğanla Paşinyanın müzakirə edəcəyi məsələlər açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqada keçirəcəyi görüşdə Zəngəzur dəhlizinin açılmasını müzakirə edəcək.

“Report” xəbər verir ki, bunu “Sabah” qəzeti yazıb.

Məlumata görə, görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, Türkiyə və Ermənistanda keçirilməsi müzakirə ediləcək.

Nəşr yazıb ki, R.T.Ərdoğan N.Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq.