• cümə axşamı, 28 mart, 12:38
  • Baku Bakı 16°C

Rauf Məmmədov Avropa çempionatında liderliyini davam etdirir

02.09.21 10:00 237
Rauf Məmmədov Avropa çempionatında liderliyini davam etdirir
Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının yeddinci turunun oyunları keçirilib.
AZƏRTACxəbər verir ki, Azərbaycan təmsilçisi Rauf Məmmədov polşalı Kacper Piorun ilə heç-heçə edərək aktivinə 0,5 xal əlavə edib. Turnir cədvəlində 6 xalla 1-2-ci yerləri bölüşən şahmatçımız liderliyini davam etdirir.
Digər təmsilçilərimizdən Nicat Məmmədov fransalı Maksim Laqardı məğlub edərək xalların sayını 5,5-ə çatdırıb. O, bu nəticə ilə 3-9-cu yerləri bölüşür. Yeddinci turu daha bir şahmatçımız - Read Səmədov qələbə ilə başa vurub. Belə ki, o, isveçrəli Nikolas Kuenqi məğlub edib. Nicat Abbasov serbiyalı İvic Velimir, Aydın Süleymanlı litvalı Karolis Juksta ilə heç-heçə ediblər.
Ötən turların nəticəsinə görə, N.Abasov 4,5, A.Süleymanlı, R.Səmədov 4 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.
banner

Oxşar Xəbərlər