AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ramiz Mehdiyev İranın Ali Təhlükəsizlik Şurasının baş katibi və parlament spikeri ilə görüşüb

Ramiz Mehdiyev İranın Ali Təhlükəsizlik Şurasının baş katibi və parlament spikeri ilə görüşüb

Siyasət
29 Aprel 2013, 16:40 1868
Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev aprelin 29-da İrana səfəri çərçivəsində iki görüş keçirib.

Trend-in İranın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, Mehdiyev İranın Ali Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili ilə görüşüb.

İran parlamentinin rəsmi saytının yaydığı məlumata görə, Mehdiyev, həmçinin İran parlamentinin spikeri Əli Laricani ilə də görüş keçirib.

Görüşdə müzakirələrin mövzusu və təfərrüatlar haqqında məlumat verilmir.

Qeyd edək ki, Mehdiyevin İrana səfəri bu gündən başlayıb və bir sıra rəsmilərlə görüşü nəzərdə tutulub.