• şənbə, 20 Aprel, 16:50
  • Baku Bakı 23°C

Ramil Şeydayev Kürdəmirdə həmyerliləri ilə görüşdü

09.03.20 17:00 1045
Ramil Şeydayev Kürdəmirdə həmyerliləri ilə görüşdü
Azərbaycan millisi və "Sabah” klubunun futbolçusuRamil ŞeydayevKürdəmirə yollanıb.
"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, əslən Kürdəmirdən olan24 yaşlı hücumçu doğma şəhərində həmyerliləri ilə görüşüb.
Kürdəmir şəhər stadionunda gerçəkləşən görüşə çoxlu sayda rayon sakini qatılıb. Şeydayev yerli sakinlərlə söhbət zamanı rayonda futbolun vəziyyəti ilə maraqlanıb və gənclərə öz tövsiyələrini verib.
Milli üzvü Kürdəmirdə futbola münasibətin qənaətbəxş olmadığını bildirib və bundan sonra mütəmadi olaraq rayona gələcəyini, gənclərə bu sahədə mənəvi dəstək olacağını vurğulayıb.
Bundan başqa, Şeydayev gənc futbolçulara stimul olsun deyə, kiçik hədiyyələr də təqdim edib.
Hücumçu deyib ki, artıq neçənci dəfədir Kürdəmirə səfər edir və rayonun Cəyli kəndindəki qohum-əqrabası ilə görüşür. Kürdəmirdə olmağından məmnunluğunu ifadə edən forvard bundan sonra da tez-tez rayona gələcəyini bildirib.
Sonda Şeydayev rayon sakinləri ilə xatirə şəkilləri çəkdirib.
banner

Oxşar Xəbərlər