• cümə axşamı, 28 mart, 18:30
  • Baku Bakı 13°C

Radikal müxalifət “Sərbəst toplaşmaq haqqında” qanunu və Konstitusiyanın maddələrini pozub

22.10.19 12:45 400
Radikal müxalifət “Sərbəst toplaşmaq haqqında” qanunu və Konstitusiyanın maddələrini pozub
Oktyabrın 19-da Bakıda keçirilən qeyri-qanuni aksiyaya öz münasibətimizi bildirməliyik. Bir qrup Azərbaycanı istəməyən, erməni lobbisi tərəfindən ictimai sabitliyi pozmaq, xalq-iqtidar birliyinə xələl gətirmək, Azərbaycanda həyata keçirilən islahatların üzərinə kölgə salmaq üçün müəyyən olunmuş yerdə deyil, şəhərin mərkəzində polislə xalq arasında toqquşma, qarşıdurma yaratmağa cəhd göstərdi.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Yeni Azərbaycan partiyasının İcra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, radikal müxalifət oktyabrın 19-da atılan addımlarla "Sərbəst toplaşmaq haqqında” qanunu və Azərbaycan Konstitusiyasının maddələrini pozub. Hüquq-mühafizə orqanları tərəfindən məsələ araşdırılmalı, hər kəs buna öz münasibətini bildirməlidir.
Deputat deyib ki, hazırda 90-cı illər deyil: "Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasət həyata keçirərək ölkənin maraqlarını beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə, beynəlxalq tribunalarda yüksək səviyyədə təmsil edir. Bu, Azərbaycanı sevməyən qüvvələri narahat edir”.
banner

Oxşar Xəbərlər