• cümə axşamı, 28 mart, 23:04
  • Baku Bakı 13°C

Radikal müxalifət növbədənkənar parlament seçkiləri ilə bağlı absurd fikirlər səsləndirməklə diqqət cəlb etməyə çalışır

05.12.19 13:45 474
Radikal müxalifət növbədənkənar parlament seçkiləri ilə bağlı absurd fikirlər səsləndirməklə diqqət cəlb etməyə çalışır
Milli Məclisin deputatlarının parlamentin buraxılması ilə bağlı müraciəti ölkədə aparılan islahatların davamıdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, yaxın gələcəkdə ölkədə həyata keçirilən islahatlara uyğun aktiv parlament formalaşacaq. Deputatın sözlərinə görə, növbədənkənar parlament seçkilərinin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğundur:
"Ötən gün Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair qərar verdi və növbədənkənar seçkilərin keçirilməsini Azərbaycan Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab etdi”.
Milli Məclisin deputatı növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müxalifətin mövqeyinə də münasibət bildirib: "Azərbaycanda sağlam müxalifət yoxdur, ayrı-ayrı küçə adamlarından ibarət dəstələr var. Onların işi şər-böhtan kampaniyası aparmaq, ölkəmizdə gedən islahatlara, yeniliklərə kölgə salmağa çalışmaqdan ibarətdir. AXCP sədri Əli Kərimli deyir ki, növbədənkənar parlament seçkiləri qış aylarına təsadüf edir. Görün, necə gülməli və absurd fikir səsləndirir? Seçkilərin qışda, yayda, payızda, yazda olmasının nə fərqi var ki? Seçkilər bu mövsümlərdən birinə düşməlidir. Fəsillərin parlament seçkilərinin keçirilməsinə nə təsiri ola bilər ki?
Aydın görünür ki, bunların arqumentləri də qalmayıb. İndi də çalışırlar ki, növbədənkənar parlament seçkiləri ilə bağlı absurd fikirlər səsləndirib diqqət cəlb etsinlər. Əlbəttə ki, onlar bu tapşırığı xaricdəki ağalarından, Azərbaycanın inkişafını gözü götürmyən qüvvələrdən alırlar. Artıq Azərbaycan xalqı onların hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir. Onsuz da xalq radikal müxalifəti dəstəkləmir. Seçkilərin hansı fəsilə düşəcəyi müzakirə mövzusu deyil, bunu normal adam dilə gətirməz".
C.Osmanov əlavə edib ki, bu gün özünü müxalifət adlandıran radikal, antimilli ünsürlər xalqın mənafeyinə, dövlətin maraqlarına zidd mövqedən çıxış edirlər, xəyanətkar və satqın "fəaliyyət”lə məşğuldurlar: "Onlar 1990-ci illərin əvvəlində bir il hakimiyyətdə olublar, həmin bir il ərzində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də xalq onları hakimiyyətdən qovdu. Belələrinin ölkəmizin inkişafı, islahatlar prosesinə kolgə salmaq cəhdləri əbəsdir. Bu gün Azərbaycan xalqı radikal müxalifəti rədd edir. Məhz bu səbəbdəndir ki, indi kiçik bir qrup halında qalıblar. Radikallar heç vaxt məqsədlərinə çata bilməyəcəklər”.
banner

Oxşar Xəbərlər