• çərşənbə axşamı, 23 aprel, 14:29
  • Baku Bakı 24°C

Qvardiolanın onu keçməsi ilə barışa bilmir

17.05.19 10:23 660
Qvardiolanın onu keçməsi ilə barışa bilmir
"Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo "Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiolanın daha bir titul qazanmasına münasibət bildirib.
Kaspi.az xəbər verir ki, "Mançester Siti” ilə İngiltərə çempionluğunu qazanan Pep titul sayını 26-ya qaldırıb. O, 25 titulu olan Joze Mourinyonu üstələyib. Ancaq Joze bu faktı qəbul etmək istəmir. Mourinyo məsələ ilə bağlı belə şərh verib:
"Məni qıcıqlandırırsınız ki, Qvardiolanın artıq 26 titulu var? Hər şey belə deyil. Mənim 25 titulum var. Ancaq "Portu” və "İnter”lə çempionlar Liqasını qazandıqdan sonra bu klublarda qalsaydım, 2 klublararsı dünya çempionatında, 2 Avropa Superkubokunda, 2 də ölkə Superkubokunda oynaya və qalib gələ bilərdim. Deməli, mənim 31 titulum ola bilərdi”.
banner

Oxşar Xəbərlər