AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qvardiola ulduz futbolçunu qazandı

Qvardiola ulduz futbolçunu qazandı

İdman
23 Aprel 2013, 08:54 1271
“Borussiya” Dortmundun və Almaniya yığmasının futbolçusu Mario Gotze “Bavariya” klubu ilə uzunmüddətli anlaşma imzalayıb.

Milli.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun transfer qiyməti təxminən 37 milyon avro dəyərindədir. Götzenin maaşı ilə 7 milyon avro olacaq, “Borussiya”da isə o, 5 milyon avro alırdı. “Borussiya” ilə 2016-cı ilə kimi müqaviləsinin olması Marioya “Bavariya” ilə anlaşmaqda maneə olmayıb.

Cari mövsümdə Götze Dortmund “Borussiya”sında 41 oyun oynayıb, 16 qol vurub, 19 məhsuldar ötürmə edib, Almaniya yığmasında isə 2011-ci ilin Avropanın ən yaxşı gənc futbolçusu 22 oyun oynayıb.

Bildirək ki, gələn mövsümdən "Bavariya"nı "Barselona"nın sabiq məşqçisi Xosep Qvardiola çalışdıracaq.