• cümə, 19 Aprel, 19:16
  • Baku Bakı 24°C

Qvardiola o vaxta qədər təqaüdə yollanacaq

15.04.19 14:30 600
Qvardiola o vaxta qədər təqaüdə yollanacaq
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola "Kristal Pelas”la səfər oyunundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Kaspi.az xəbər verir ki, o, karyerasını nə vaxt bitirəcəyi ilə bağlı da suala cavab verib. Qvardiola "Kristal Pelas”ın baş məşqçisi Roy Hocson qədər məşqçilik etməyəcəyini qətiyyətlə bildirib:
"Hocson qədər məşqçilik etməyə hazıram? Qətiyyən. Mən özümü 71 yaşında məşqçi kimi görmürəm. O vaxta qədər təqaüdə yollanacağam.
71 yaşda məşqçi işləmək üçün xüsusi enerji lazımdır. Yeni nəsillər və yeni ideyalar gələcək. Həmin vaxt onları televizor qarşısından izləyəcəyəm. Hətta baş direktor və ya prezident də olmaq istəmirəm”.
71 yaşlı Hocson Premyer Liqa tarixində ən yaşlı baş məşqçidir.
banner

Oxşar Xəbərlər