AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qurban Qurbanovdan sərt qadağa: “Danışmağa icazə vermirəm“

Qurban Qurbanovdan sərt qadağa: “Danışmağa icazə vermirəm“

İdman
23 Aprel 2013, 13:25 1512
“Komandadan yalnız Rəşad Sadıqov, Fərhad Vəliyev və Admir Teliyə danışmağa icazə vermişəm. Qalan futbolçuların mətbuatda açıqlama və ya müsahibə verməsinə isə qadağa qoyulub”. Bunu apasport.az saytına “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Qarabağ”ın çalışdırıcısı bunu belə əlaqələndirib: “İstəmirəm ki, futbolçular fikirlərini başqa istiqamətə yönəltsinlər. Başlarını salıb oyunlarına fikir versinlər. Sıx qrafikdə çıxış edirik. Futbolçuların müsahibələr zamanı artıq sözlər işlətməsi rəqibi qıcıqlandırır. Bu üzdən onların mətbuatda açıqlama verməsini istəmirəm”.

Qeyd edək ki, bu qadağa “Neftçi” ilə kubok matçından (1:2) sonra verilib.