• cümə axşamı, 18 aprel, 23:19
  • Baku Bakı 21°C

Qurban Qurbanov: “Çalışırıq ki, futbolçularımızı boş buraxmayaq”

02.05.20 16:00 574
Qurban Qurbanov: “Çalışırıq ki, futbolçularımızı boş buraxmayaq”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və klubun futbolçuları Ağdama səfər edib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, "Qarabağ” klubunun nümayəndə heyətinin rayona səfərinin məqsədi koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə karantin rejimində yaşayan ailələrlə görüşmək olub.
Nümayəndə heyəti 1500 ailəyə ərzaq bağlaması çatdırıb.
Q. Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, komanda heyəti ilə mütəmadi əlaqə saxlayır: "Futbolçular hamısı öz evindədir. Biz onlarla tez-tez əlaqə saxlayır, görüntülü danışırıq. Bəzən isə görüntülü məşqlər edirik. Çalışırıq ki, futbolçularımızı boş buraxmayaq”.
banner

Oxşar Xəbərlər