Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət edilib
Binəqədi gəncləri
Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər. Binəqədi Rayon
İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi rayon Gənclər
və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri
Aytac Əliyeva, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev,
Binəqədi qəsəbə bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Mətanət Nəsibova,
YAP Binəqədi Rayon Təşkilatının əməkdaşları Rahil Şükürov, Natiq İsmayılov və
ASAN könüllüləri Müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələrinin evində
olublar.
Aprel döyüşlərində
qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanlı və
Emin Bağırovun ailələrini ziyarət edənlər ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən igidlərlə
fəxr etdiklərini bildirib, onların adının hər zaman xatırlandığı və uca
tutulduğunu vurğulayıblar. Sonra islam dünyasının ən müqəddəs bayramlarından
sayılan Qurban bayramı münasibətilə
onları təbrik edib, onlara can sağlığı,
firavan həyat, bol ruzi arzulayıblar.