• cümə axşamı, 28 mart, 13:54
  • Baku Bakı 16°C

Qumbaraatanlar üçün universal optik nişangah - Azərbaycan istehsalı

17.01.14 12:06 2212
Qumbaraatanlar üçün universal optik nişangah - Azərbaycan istehsalı
APA-nın məlumatına görə, bu nişangah öz analoqlarından universallığı ilə fərqlənir.
Azərbaycan istehsalı olan optik nişangah həm gündüz, həm də gecə vaxtı dəqiq tuşlama və atışlar aparmağa imkan verir.
Yeni nişangah qumbaraatanın QON tipli optik nişangahı və A-100 monokulyar gecəgörmə cihazının birləşməsindən ibarətdir. Sistemə daxil olan A-100 elektrooptik cihazı gecə vaxtı ətrafdakı əşyalardan ulduzların və ay işığının əks olunmuş şüalarını qəbul edib, onu gücləndirərək ətraf cisimlərin görünməsini təmin edir. Heç bir işıqlanma olmadığı halda infraqırmızı şüalarla işləyə bilir.
Cihazın digər özəlliyi isə ondan ibarətdir ki, istifadəçinin gözü gözlükdən uzaqlaşdıqda optikanın gözlüyünün qoruyucu qapaqları avtomatik olaraq bağlanır. Cihazdan ətrafa heç bir şüa (hətta infraqırmızı şüa) yayılmır. İstifadəçi gözünü gözlüyə yaxınlaşdırdıqda isə qoruyucu qapaq açılır və məmulat təkrar istifadəyə hazır olur.
Artıq optik nişangah Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına qəbul olunub.
banner

Oxşar Xəbərlər