• cümə, 29 Mart, 17:55
  • Baku Bakı 14°C

Qubadlıda 2 tondan çox çətənə kolu aşkarlanıb

08.06.21 11:45 457
Qubadlıda 2 tondan çox çətənə kolu aşkarlanıb
Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundanAPA-ya verilən məlumata görə, tədbir zamanı rayonun Bəxtiyarlı kəndi ərazisində çəkisi 2 ton 200 kiloqram olan 4007 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

banner

Oxşar Xəbərlər